
Grizzly Group 2023-cü ildən etibarən fəaliyyət göstərir. İlk addımlarımız
generator icarəsi və satışı ilə başlayıb,
qısa zamanda genişlənərək enerji həlləri və günəş sistemləri üzrə etibarlı tərəfdaşa
çevrildik.
Bugün biz müasir dünyanın sürətlə dəyişən enerji tələblərinə cavab verən innovativ
həllər təqdim edirik.
Fəaliyyətimiz yalnız avadanlıq icarəsi ilə məhdudlaşmır – həmçinin günəş panelləri,
hibrid enerji sistemləri,
generatorlar və enerji monitorinq texnologiyaları ilə davamlı həyat tərzini
dəstəkləyirik.
Texniki peşəkarlığımız və davamlılığa sadiqliyimiz sayəsində biz həm fərdi müştərilər, həm
də bizneslər üçün
etibarlı tərəfdaş olmuşuq. Məqsədimiz elektrik xərclərini azaltmaqla yanaşı, bərpa
olunan enerji mənbələrini daha
əlçatan və səmərəli etməkdir.
Əvvəlcə müştərilərimizlə ətraflı görüş keçirilir. Enerji tələbatı, obyektin ölçüləri və istifadə məqsədi öyrənilir. Daha sonra sahə yerində yoxlanılır və ən uyğun həll yolları müəyyənləşdirilir.
Hər müştərinin ehtiyacı fərqlidir. Biz standart deyil, xüsusi hazırlanmış layihələr təqdim edirik. Panellərin yerləşdirilməsi və enerji saxlama imkanları tam olaraq müştərinin tələbinə uyğunlaşdırılır.
Grizzly Group-un təcrübəli mühəndisləri günəş panellərinin quraşdırılmasını beynəlxalq standartlara uyğun həyata keçirir. Çatılarda və ya torpaq sahələrində quraşdırma zamanı təhlükəsizlik, düzgün bucaq və maksimum səmərəlilik əsas götürülür.
İşimiz quraşdırma ilə bitmir. Sistemlərin fəaliyyətini izləyirik, mütəmadi texniki baxım və dəstək göstəririk. Bununla da panelləriniz illərlə sabit və səmərəli işləyir.
Grizzly Group olaraq biz müştərilərimizə etibarlı, davamlı və innovativ həllər təqdim edirik. Fəaliyyətimiz yalnız bir sahə ilə məhdudlaşmır – biz mühəndislik, satınalma, tikinti və quraşdırma, layihə idarəetməsi və satışdan sonrakı dəstək mərhələlərində peşəkar xidmət göstəririk. Məqsədimiz hər bir layihəni vaxtında, büdcəyə uyğun və yüksək keyfiyyət standartlarına əsaslanaraq uğurla həyata keçirməkdir.
Hər bir layihənin əsasında düzgün mühəndislik dayanır. Grizzly Group-un mütəxəssisləri sahənin qiymətləndirilməsindən başlayaraq sistemin layihələndirilməsi, quraşdırılması və texniki dəstəyi ilə sizin yanınızdadır.
Enerji sabitliyiniz bizim üçün ön plandadır. Grizzly Group 24/7 müştəri dəstəyi ilə xidmət göstərir – istənilən vaxt texniki problemləriniz operativ şəkildə həll olunur.
Uğurlu günəş və hibrid enerji layihəsi
Davamlılıq prinsiplərinə əsaslanan onlarla texniki dəstək xidməti
Müxtəlif sənaye və tikinti sahələrində daha çox mühəndislik və tikinti layihəsinin icrası.
Azərbaycan və regionda mühəndislik, satınalma və tikinti xidmətlərində etibarlı tərəfdaş kimi lider mövqeyə yüksəlmək.
Mühəndislik, avtomatlaşdırma, tikinti və idarəetmə sistemlərinin tam inteqrasiya olunmuş kompleks həllərini təqdim etmək.
Ətraf mühitə təsiri minimum olan, beynəlxalq standartlara cavab verən davamlı və innovativ həllərlə gələcəyin qurulmasına töhfə vermək.